Lənkəran sakini Kürdəmirdə 7-ci arvadını və onun nənəsini bıçaqladı

05 Sen 2022 14:31
304

Kürdəmir rayonunda 2 qadını bıçaqlayan şəxs özünə xəsarət yetirib.

Ambur.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, ötən gecə Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Hikmət Fikrət oğlu Əhədov ailə münaqişəsi zəminində Kürdəmirin Topalhəsənli kəndində arvadı, 1998-ci il təvəllüdlü Nargilə Eldəniz qızı Əkbərovanı və onun nənəsi, 1960-cı il təvəllüdlü Kifayət Hüseyn qızı Məmmədovanı bıçaqlayıb.

Daha sonra H.Əhədov özünü bıçaqlayıb. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin araşdırmalar zamanı məlum olub ki, Hikmət Əhədov əvvəllər 6 dəfə ailəli olub. O, 5 ay əvvəl Bakıda Ağsu rayon sakini olan 1998-ci il təvəllüdlü Nargilə Ələkbərova ilə tanış olub və onlar ailə qurublar. Lakin 2 ay sonra H.Əsədovun qeyri-sağlam həyat tərzi sürməsi səbəbindən 24 yaşlı Nargilə Bakıdan Ağsunun Ərəbmehdibəy kəndinə - anasıgilə qaçıb. Bu müddət ərzində H.Əhədov onu axtarıb və Nargilənin daha sonra Kürdəmirin Topalhəsənli kəndində nənəsigildə qaldığını öyrənib. Kürdəmirə gələn Hikmət Əhədov onların yaşadığı evi tapıb və ötən gecə mənzilə basqın edərək Nargilə ilə nənəsini bıçaqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər