Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində daha bir şəhid sərgisi təşkil olunub

12 Okt 2021 20:11
58

Bu gün Lənkəran Tarix-Diyarşünaslıq muzeyində daha bir şəhidin -kapitan Vüsal Quliyevin sərgisi təşkil olunub.

Ambur.az bildirir ki, sərgidə Lənkəran Tarix-Diyarşünaslıq muzeyinin kollektivi, Lənkəran Şəhər Xarici dilli təmayüllü gimnaziyanın direktoru Mansur Ağayev, şəhidin ailə üzvləri və digər qonaqlar iştirak ediblər.

Qeyd edək ki, kapitan Vüsal Tahir oğlu Quliyev 05 iyun 1985-ci ildə Lənkəran şəhərində anadan olub. 

27 sentyabr 2020-ci ildən etibarən başlayan 44 günlük II Qarabağ müharibəsində Suqovuşan azad olunması uğrunda gedən ağır döyüşlərdə yüksək qəhrəmanlıqlar göstərir və həmin istiqamətdə, müharibənin ikinci günündə, sentyabr ayının 28-də qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Lənkəran şəhərinə gətirilir və "Böyük Bazar" adlanan qəbiristanlığda böyük izdihamla torpağa tapşırılır. Ailəli idi, 3 övladı -2 qız və 1 oğul övladı Vətənə əmanət qalır. İkinci qız övladı şəhidimizdən sonra dünyaya gəlir. 

Azərbaycan Respublikasının Prezidentinin imzaladığı Sərəncama əsasən, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin!

Allahverən Pərvizoğlu

Oxşar xəbərlər