Lənkəran Uşaq Rəssamlıq Məktəbinin şagirdləri respublika rəsm müsabiqəsində iştirak edib

24 Dek 2021 16:09
210

10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) “Mən və hüquqlarım” şüarı altında ənənəvi uşaq rəsm müsabiqəsi elan edib. Bu ilki müsabiqə “Postmüharibə dövründə insan hüquqları” mövzusuna həsr edilib.

Ambur.az xəbər verir ki, bu ilki müsabiqəyə Bakı və regionlardan ümumilikdə 236 iştirakçı tərəfindən 260-dan çox iş təqdim olunub. Müsabiqə üzrə münsiflər heyətinin üzvləri, Azərbaycan Respublikasının xalq rəssamları Səhlab Məmmədov və Arif Hüseynov təqdim edilən rəsmlərin uşaqların öz hüquqları haqqında məlumatlı olduqlarını, müharibə və postmüharibə dövründə onlara təsir etmiş səhnələri əks etdirdiyini qeyd ediblər.

Lənkəran Uşaq Rəssamlıq Məktəbinin şagirdləri müsabiqədə uğurla iştirak edib. Məktəbin 3 şagirdi həvəsləndirici yerləri tutaraq diplomlara layiq görülmüşdür.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Lənkəran Regional Mədəniyyət İdarəsinin əməkdaşı Anar Kəkəyev və Lənkəran Rəssamlıq Məktəbinin direktoru Xəzər İbrahimov diplom və hədiyyələri qaliblərə təqdim edib.

Müəllimlər, şagirdlər və valideynlər belə müsabiqələrin keçirilməsinin əhəmiyyətini qeyd edərək Müvəkkilə minnətdarlıqlarını bildiriblər.

Allahverən Pərvizoğlu

Oxşar xəbərlər