Lənkəran və Salyanda ev yanıb

14 Avq 2021 09:27
47

Lənkəran şəhərində ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m² ) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Ambur.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Eyni zamanda Salyan rayonunun Kərimbəyli kəndində ümumi sahəsi 464 m² (hər mərtəbəsi 232 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 175 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər