Lənkərana “investisiya səyahəti“ təşkil olunacaq

22 Noy 2021 16:40
56

Azərbaycan Mərkəzi Bankının İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Bakı Fond Birjası" QSC (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə həyata keçirdiyi “İnvestisiya səyahəti” layihəsi çərçivəsində noyabrın 30-da Lənkəran şəhərinə səfər təşkil olunacaq.

Ambur.az BFB-yə istinadən xəbər verir ki, layihənin məqsədi ölkədə maliyyə savadlılığının artırılması, kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqidir. Səfər çərçivəsində təşkil olunacaq tədbirdə kapital bazarının mütəxəssisləri kahibkarlara kapital bazarı vasitəsilə maliyyələşmənin və BFB-də listinqin üstünlüklərini çatdıracaq, investisiya şirkətləri kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektləri ilə bu barədə interaktiv müzakirələr aparıb, maliyyələşmə imkanlarını dəyərləndirəcək.

İlk belə "investisiya səyahəti" oktyabrın 21-də Xaçmaz rayonuna baş tutub. Rayondakı Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində sahibkarlarla görüş keçirilib. 
 

Oxşar xəbərlər