Lənkəranda 11 yaşlı yeniyetmə qəlpə yarası alıb

15 Dek 2021 10:48
157

Lənkəranda 11 yaşlı yeniyetmə qəlpə yarası alıb.

Ambur.az xəbər verir ki, hadisə rayonun Gəgiran kəndində baş verib.

Belə ki, 2011-ci il təvəllüdlü Şəhriyar Babək oğlu Məhərrəmzadə həyətdə oynayarkən partlayış baş verib. Nəticədə o, ayaqlarından xəsarət alıb.

İlkin məlumata görə, partlayış yeniyetmənin iriçaplı patronu (mərmini) balta ilə kəsdiyi an baş verib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun sağ ayağındakı yara dərin olmayıb. Yeniyetməyə sol baldırın aşağı üçdəbirinin didilmiş yarası və vətərin dərin defekti diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

İriçaplı pulemyot mərmisinin yeniyetmənin əlinə necə keçməsi araşdırılır.

Oxşar xəbərlər