Lənkəranda 16 yaşlı gənc intihar edib

05 Okt 2021 10:03
120

Lənkəran rayonunda 16 yaşlı gənc intihar edib.

Ambur.az bildirir ki, hadisə şəhərin S.Vurğun küçəsi 16 ünvanında gecə saatlarında baş verib.

Belə ki, 2005-ci il təvəllüdlü Murad Qədir oğlu Tahirov yaşadığı evin həyətində özünü asıb.

Ailə üzvləri hadisədən səhərə yaxın xəbərdar olublar.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər