Lənkəranda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub - Fotolar

31 Mrt 2022 14:15
281

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Lənkəranda dərin hüznlə qeyd olunub.

Ambur.az-ın xəbərinə görə, səhər saatlarından rayon sakinləri soyqırım zamanı qətlə yetirilən azərbaycanlıların xatirəsini yad etmək üçün şəhərin mərkəzində soyqırımı qurbanlarının xatirəsinə salınan parkdakı abidə-kompleksinin qarşısına toplaşıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə qızıl gül dəstəsi qoyub, hadisələrdə günahsız olaraq qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsini dərin hüznlə yad edib.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və İdarənin tabeliyində fəailiyyət göstərən müəssisələrin əməkdaşları, qazilər, şəhid ailələri, hüquq-mühafizə orqanlarının, yerli icra strukturlarının, idarə və müəssisələrin rəhbərləri, pedaqoji kollektivlər, hərbi hissələrin əsgərləri və ictimaiyyətin nümayəndələri növbə ilə abidə qarşısına gələrək qərənfil dəstələri düzüb soyqırım qurbanlarını yad ediblər.

Sonra Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” adlı tamaşa təqdim olunub.

Oxşar xəbərlər