Lənkəranda ana ilə oğul bıçaqlanıb

18 Apr 2022 07:31
236

Lənkəranda ana və oğlu bıçaqlayan şəxs sonda özünə də xəsarət yetirib.

Ambur.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Separadi kəndində yerləşən fermalardan birində baş verib.

Rayonun Tükəvilə kənd sakini, 2003-cü il təvəllüdlü Firqət Fuad oğlu Ağazadə rayonun Separadi kənd sakini, 1994-cü il təvəllüdlü Valeh Nadir oğlu Məmmədova məxsus fermaya gələrək həyətdə gizlənib. Bir müddətdən sonra F.Ağazadəni Valeh Məmmədovun anası 1957-ci il təvəllüdlü Cəvahir Mürsəl qızı Məmmədova görüb.

Bu zaman F.Ağazadə özü ilə gətirdiyi bıçaqla C.Məmmədovanın üz və kürək nahiyəsinə 2 dəfə bıçaqla zərbə endirib. Anasının səsinə gələn Valeh Məmmədov da Firqət Ağazadənin hücumuna məruz qalıb və bıçaq xəsarətləri alıb. Sonra Firqət Ağazadə özünə bıçaqla xəsarət yetirib.

Hər üç şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Valeh Məmmədovun vəziyyəti ağır olduğundan əməliyyat alınıb. Firqət Məmmədov isə tibbi yardım edildikdən sonra polis şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Firqət Məmmədov daha əvvəl Valeh Məmmədovun fermasında iki gün fəhlə işləyib. Onun hansı səbəbdən belə bir addım atdığı hələlik dəqiq deyil.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər