Bu gün Lənkəran rayonu Osakücə kəndindən olan II Qarabağ müharibəsi şəhidi Əflatun Fərəcovun mövlud mərasimi keçirilib
Ambur.az bildirir ki, mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, QMİ-Qazisi Hacı Sədi Axundzadə, Lənkəranın ictimai fəalı, gənc müğənni Allahverən Pərvizoğlu, Lənkəran rayon Osakücə kənd məscidinin axundu Rizvan Dadaşov, şəhidin yaxınları və kənd sakinləri iştirak edib. Şəhidin məzarı ziyarət edilib, məzarı önündə gül dəstələri qoyulub və ruhuna dualar oxunulub.
Daha sonra gənc müğənni Allahveren Pərviz oğlu şəhidin ailəsini ziyarət edərək, Allahdan şəhidlərimizə rəhmət diləyib.