Lənkəranda avtomobil aşıb, sürücü dünyasını dəyişib

16 Sen 2021 16:30
41

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ambur.az APA-ya istinadən xəbər verir ki, rayonun Nərimanabad qəsəbəsində "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan sərnişin -1984-cü il təvəllüdlü Fariz Sadıqov ağır dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

<span>Lənkəranda avtomobil aşıb, sürücü dünyasını dəyişib</span><span xss=removed> </span>

Oxşar xəbərlər