Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

31 Avq 2021 01:31
91

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ambur.az xəbər verir ki, hadisə Bürcəli kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Zaur Sənan oğlu Ağayevi avtomobil vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Z.Ağayevin fiziki qüsurlu şəxs olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 

Oxşar xəbərlər