Lənkəranda axund məsciddə namaz qılarkən bıçaqlanıb

29 Sen 2022 10:47
276

Lənkəranda axund bıçaqlanıb.

Ambur.az xəbər verir ki, hadisə rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev sübh namazı qılarkən, həmin kəndin sakini Çingiz Əlizadə ona çoxsaylı bıçaq zərbələri endirib.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, hadisə şəxsi münasibətlər zəminində mübahisə nəticəsində baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lənkəran ŞRPŞ-də faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Oxşar xəbərlər