Lənkəranda bir ailənin bütün üzvləri zəhərlənib - 5 yaşlı uşaq ölüb

25 May 2021 02:09
138

Lənkəran şəhərində yaşayan Qasımovlar ailəsi paxladan zəhərlənib və ev şəraitində özlərini müalicə etməyə səy göstəriblər.

Ambur.az Azpost.info-ya istinadən xəbər verir ki, bir müddət sonra vəziyyəti ağırlaşan ailənin 5 yaşlı üzvü Məryəm Murad qızı Qasımova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, dünyasını dəyişən qızın 6 yaşlı qardaşı Qasım Qasımov da eyni səbəbdən paytaxt xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər