Lənkəranda dezinfeksiya işləri aparılır - FOTO

12 Avq 2021 15:06
189

Lənkəran rayonunda COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri mütəmadi olaraq aparılır.

Ambur.az xəbər verir ki, bu barədə Lənkəran Şəhər İcra Hakimiyyəti.

Xəstəliyin geniş yayılmasının qarşısının alınmasından ötrü rayonda bütün qüvvələr səfərbər olunub.

Şəhər İcra hakimiyyətində yaradılmış operativ qərargahın üzvləri və mobil qruplar tərəfindən rayon ərazisində pandemiya ilə bağlı vəziyyət müntəzəm olaraq öyrənilir, karantin qaydalarına düzgün riayət olunmasına nəzarət olunur, izahat-təbliğat işləri davam etdirilir.

Eyni zamanda pandemiya mənbəələrinin yaranmasına imkan verməmək üçün şəhər təsərrüfatına daxil olan xidmət idarələrinin maşın-mexanizmləri və texniki avadanlıqları vasitəsilə şəhərin küçələri, çoxmənzilli yaşayış binalarının ətrafları, giriş hissələri, zirzəmilər, pilləkən qəfəsləri, insanların çox toplaşdığı yerlər, avtobuslar mütəmadi olaraq kimyəvi məhlullarla dezinfeksiya olunur.

Lənkəranda  dezinfeksiya işləri aparılır - FOTO
Lənkəranda  dezinfeksiya işləri aparılır - FOTO
Lənkəranda  dezinfeksiya işləri aparılır - FOTO

Oxşar xəbərlər