Lənkəranda Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar gənclər arasında görüş keçirilib

29 Dek 2021 17:22
270

Lənkəranda "31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü" və  "1 Yanvar - Yeni il  Bayram" ilə əlaqədar  yeniyetmə və gənclər arasında "milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik ruhunda tərbiyə olunması" mövzusunda görüş keçirilmişdir.

Ambur.az xəbər verir ki, görüş iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Görüşdə İdarə kollektivi, Vətən Müharibəsi qazisi Şahbazlı Asin Ulduz oğlu, AVMVİB-in sədr müavini Dostiyev Saleh Ağarəhim oğlu, Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi və məktəbdənkənar tərbiyə işlərinin kuratoru Axundzadə Cəmil Qadir oğlu, DQİDH-nin Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Həmidli Emin Ədalət oğlu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran numayəndəliyinin direktoru Məmmədov Famil Əlifağa oğlu, ƏƏSM  Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı filialının müdiri Hüccətov Ramin Rafiq oğlu, Lənkəran Şəhər 5 saylı tam orta məktəbinin tərbiyə işləri üzrə direktor müavini Fətullayyev Ağacəfər Əlibala oğlu və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin könüllüsü Hüseynzadə Allahverən Pərviz oğlu iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov bildirmişdir ki, görkəmli dövlət xadimi Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərin inkişafında dönüş mərhələsi başladı, elm, təhsil, mədəniyyət və incəsənətin tərəqqisində böyük nailiyyətlərin bünövrəsi qoyuldu. Milli mənlik şüuru inkişaf etdi, xalqımızın öz tarixini, milli-mənəvi dəyərlərini və soykökünü dərindən öyrənməsi, azərbaycançılıq məfkurəsinin inkişafı üçün əlverişli şərait yarandı, ziyalılar, elm, mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələri milli ideya ətrafında səfərbər edildi. Ümummilli Lider milli-mənəvi dəyərlərin tərkib hissələrindən biri olan mütərəqqi dini dəyərlərin cəmiyyətdə özünə mühüm yer tutması üçün məqsədyönlü siyasət həyata keçirməyə başladı. 44 günlük Vətən Müharibəsi şəhidlərinin və qazilərimizin keçdiyi qəhrəmanlıq yolu haqqında bəhs edib və gənclərimizin yüksək vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb və bu itiqamətdə işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd etmişdir.

Daha sonra natiqlər çıxış edərək Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin, hərbi-vətətnpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində daha ardıcıl və davamlı işlərin aparılmasının zəruriliyini irəli sürüb və bu isiqamətdə tədbirlərin keçirilməsi qeyd  edilmişdir.

Görüşün sonunda iştirakçılar "31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü" ilə əlaqədar yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində aktiv  fəaliyyət göstərdikləri üçün Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin Fəxr Fərmanı ilə təltif olundular.

Lənkəranda Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar gənclər arasında görüş keçirilib
Lənkəranda Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar gənclər arasında görüş keçirilib
Lənkəranda Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar gənclər arasında görüş keçirilib
Lənkəranda Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar gənclər arasında görüş keçirilib
Lənkəranda Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar gənclər arasında görüş keçirilib

Oxşar xəbərlər