Lənkəranda evdə qaz sızması nəticəsində partlayış olub, 14 yaşlı şagird xəsarət alıb - Foto

05 Dek 2021 16:21
84

Lənkəranda evdə qaz sızması nəticəsində partlayış baş verib.

Ambur.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdi 2007-ci il təvəllüdlü Orxan Əskərov hamam otağına daxil olduqdan sonra işığı yandıran zaman partlayış olub. Hadisə nəticəsində O. Əsgərov ağır dərəcəli yanıq xəsarətləri alıb.

Yeniyetməyə ilkin tibbi-yardım göstərildikdən sonra təcili-tibbi yardım vasitəsi ilə Bakı şəhərinə gətirilərək 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.

Oxşar xəbərlər