Lənkəranda icra başçısının müavini işdən çıxarıldı

09 İyl 2021 07:48
348

Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov vəzifəsindən çıxarılıb.

Ambur.az xəbər verir ki, Lənkəran RİH-dən verilən məlumata görə, Xalid Rəhimov işdən çıxmaq üçün özü ərizə ilə müraciət edib.

O, səhhətində problem olduğu üçün vəzifəsindən uzaqlaşdırılmasını istəyib. X.Rəhimov həmçinin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

İcra başçısı Taleh Qaraşovun əmri ilə X.Rəhimov işdən azad edilib.
 

Oxşar xəbərlər