Lənkəranda iki avtomobil toqquşub, xəsarət alanlar var- Foto

04 Sen 2021 18:48
198

Lənkəran rayonunda yol qəzası baş verib.

Ambur.az “Report”-a istinadən xəbər verir ki, hadisə şəhərin akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, rayonun Girdəni kənd sakini, 1989-cu il təvəllüdlü Fərid Rzayevin idarə etdiyi BMW markalı avtomobil Havzava kənd sakini, 1971-ci il təvəllüdlü Ayıq Feyruz oğlu Niftullayevin sükanı arxasında olduğu "VAZ-21099" markalı nəqliyyat vasitəsi ilə toqquşub.Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Niftullayev xəsarətləri ağır olduğundan əməliyyata alınıb. Ona çənənin iç səthinin kəsilmiş-didilmiş yarası və sol döş qəfəsinin 4-5-6 qabırğalarının sınığı diaqnozu qoyulub, vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər