Lənkəranda itkin düşən 11-ci sinif şagirdi tapılıb

24 Sen 2022 15:52
297

Lənkəranda itkin düşən qız tapılıb.

Ambur.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, həmin yeniyetmənin itkin düşməsi ilə bağlı ötən gün axşam saatlarında polisə müraciət daxil olub. Məktəblinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib və bu gün günorta saatlarında tapılaraq ailəsinə təhvil verilib

Qeyd edək ki, ötən gün 11-ci sinif şagirdi səhər evdən çıxaraq məktəbə gedib. Saat 12:30 radələrində məktəbdən çıxan qız evə getməyib. Bir neçə saat keçəndən sonra onun evə qayıtmadığını görən valideynlər axtarışa başlayaraq aidiyyəti üzrə müraciət ediblər.

<span>Lənkəranda itkin düşən 11-ci sinif şagirdi tapılıb</span><span xss=removed> </span>

Oxşar xəbərlər