Lənkəranda karate üzrə “Dəmir Yumruq“ l Açıq Respublika turniri keçirilib

16 Avq 2021 18:12
109

Lənkəranda Zəfər gününə həsr edilən karate üzrə "Dəmir Yumruq" l Açıq Respublika turnirinə yekun vurulub.

Ambur.az Report-a istinadən xəbər verir ki, Zəfər gününə həsr olunmuş “Dəmir Yumruq” yarışı Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda keçirilib. Turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Məktəb İdmanları Federasiyası dəstəyi və Bakı Karate-do Akademiyasının təşkilatçılığı ilə həyata keçirilib.

“Biz qələbəmizi şəhidlərimizə, qazilərimizə və siz Ali Baş komandana borcluyuq. Siz bu Qələbə ilə bütün dünyaya sübut etdiniz ki, torpaqlarının işğalı ilə barışmayan mübariz Azərbaycan xalqı var. Düşməni məğlub etməklə, həm də bölgədə qara ləkə olan erməni faşizmini məhv etdiniz. Yenilməz Azərbaycan Ordusuna eşq olsun! Tanrı Sizi qorusun! Qarabağ Azərbaycandır!” deyə Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadə çıxışında bildirib.

Qaliblərə “Dəmir yumruq” simvolu olan medal və diplomlar təqdim edilib.

<span>Lənkəranda karate üzrə “Dəmir Yumruq“ l Açıq Respublika turniri keçirilib</span><span xss=removed> </span>
<span>Lənkəranda karate üzrə “Dəmir Yumruq“ l Açıq Respublika turniri keçirilib</span><span xss=removed> </span>

Oxşar xəbərlər