Lənkəranda məktəbli qızı döyən Rasilə Əliyevanın ilk məhkəməsi oldu

06 Sen 2022 08:32
182

Dünən Lənkəran Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Əliyevanın işi üzrə ilkin məhkəmə iclası keçirilib.

Məhkəmə iclasında ittiham olunan şəxslə zərərçəkmiş tərəf iştirak ediblər. 

Ambur.az Bizim.Media-ya istinadən xəbər verir ki, növbəti məhkəmə iclası sentyabrın 12-nə təyin edilib. 

Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının sabiq müavini Rasilə Arifqızı tərəfindən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi faktı ilə bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanıb.

İstintaqla Rasilə Arifqızının 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

Oxşar xəbərlər