Lənkəranda “Mobillik qrantlarına çağırış” məlumatlandırma görüşü baş tutub

23 İyn 2022 14:47
65

Lənkəran şəhər Mədənəniyyət Mərkəzində “Mobillik qrantlarına çağırış” məlumatlandırma görüşü baş tutub.

Ambur.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşən "EU4Culture" layihəsi “İncəsənət və Mədəniyyət mütəxəssislərini, yaradıcılığa həvəsi olan insanları dəstəkləmək üçün mobillik qrantlarına çağırış” mövzusunda məlumat sessiyası təşkil edib.

Bu münasibətlə Lənkəran şəhər Mədənəniyyət Mərkəzində məlumatlandırma görüşü baş tutub. təşkil olunan görüşdə Avropa İttifaqının “EU4Culture” layihəsinin yerli əlaqələndiricisi Firuzə Bağır iştirakçılara mobillik qrantı proqramı Şərq Tərəfdaşlığı ölkələrində incəsənət xadimləri və ya mədəniyyət mütəxəssislərinin mədəniyyətlərarası dialoqu və bilik mübadiləsini gücləndirmək, onların peşəkar mobilliklərini və beynəlxalq əməkdaşlığı dəstəkləmək məqsədi daşıyan layihə haqqında ətraflı məlumat verib.

Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov Avropa İttifaqının “EU4Culture” layihəsinin yerli əlaqələndiricisi Firuzə Bağıra öz təşəkkürünü bilidirərək, iştirakçılara bu yolda uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, “EU4Culture” 2022-2024-cü illər arasında mobillik qrantları üçün altı çağırış elan edəcək və 250-yə qədər fərdi qrant veriləcək.

Lənkəranda “Mobillik qrantlarına çağırış” məlumatlandırma görüşü baş tutub
Lənkəranda “Mobillik qrantlarına çağırış” məlumatlandırma görüşü baş tutub
Lənkəranda “Mobillik qrantlarına çağırış” məlumatlandırma görüşü baş tutub

Oxşar xəbərlər