Lənkəranda müəllim beynalxalq sertifikata layiq görülüb - FOTO

24 Avq 2021 10:15
342

Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyanın tərbiyə işləri üzrə direktor müavini beynalxalq sertifikata layiq görülüb. 

Ambur.az xəbər verir ki, bu barədə Lənkəran Şəhər Təhsil Şöbəsi "Facebook" səhifəsində paylaşım edib:

Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyanın tərbiyə işləri üzrə direktor müavini və İngilis dili müəllimi Əliyeva Aysel Hacıverdi qızı "Future class network masters Azerbaijan" layihəsinin təşkilatçılığı ilə “Müəllimlərin potensialının artırılması və Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün təhsil informasiya sisteminin yaradılması” texniki yardım layihəsi çərçivəsində təhsil işçiləri üçün təşkil olunan təlimlərin beynəlxalq sertifikatları Koreyalı mütəxəssislərin iştirakı ilə ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzində təqdim olunub.

Azərbaycan və Koreya hökumətləri arasında həyata keçirilən təlim proqramına 35 nəfər iştirak hüququ qazanıb.

Təlimlər Azərbaycanda ARTİ və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin birgə dəstəyi ilə keçirilib.

Əliyeva Aysel Hacıverdi qızı qazandığı uğurlarına görə "Baş təlimçi sertifikatı və hədiyyə ilə" təltif olunub.

Oxşar xəbərlər