Lənkəranda “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların fəsadları və profilaktik tədbirlər“ mövzusunda təlim-seminar keçirilib

15 Sen 2021 13:36
95

Dünən Lənkəranda “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların fəsadları və profilaktik tədbirlər" mövzusunda Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə təlim-seminar keçirilib

Ambur.az xəbər verir ki, bu barədə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəsmi "Facebook" səhifəsində paylaşılıb:

Lənkəran Şəhər Gənclər Evində karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin kollektivi,  1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları Bəxtiyar Hüseynov və Afiq Məlikov və İdarənin könüllüləri iştirak etmişdir. 

Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olduğu vurğulandı və gənclərin və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil, bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin (KİV), mədəni-maarif müəssisələrinin üzərinə düşdüyünü bildirib. 

Tədbirdə çıxışlar zamanı Narkomaniyanın yayılması vətəndaşlarımızın sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Həmçinin son zamanlarda “patı”, “şüşə” kimi süni narkotik vasitələr geniş yayılmasının qarşısı almaq məqsədilə respublika səviyyəsində tədbirlər keçirilir. Bu tip maddələr insanı dəlilik həddinə çatdırır.Sintetik uyuşdurucular 1-2 istifadədən sonra asılılıq yaradır. Gələcəyimizi hər cəhətdən sağlam və uğurlu görmək ən böyük arzumuzdur, bu səbəbdən insan həyatını hər mənada iflic edən bu ümumbəşəri bəlaya qarşı mübarizədə hər zaman birlik göstərməli və qətiyyətli olmalıyıq. Məktəblərdə dərsə başlamazdan əvvəl vətənpərvərlik və sağlam həyat tərzinin təbliği barədə bir neçə dəqiqə maarifləndirici söhbətlər aparılması tövsiyə olunub.

Çıxışlardan sonra tədbir iştirakçıları mövcud problemlə əlaqədar qarşılıqlı fikir mübadiləsi aparmış və gələcəkdə də bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin zəruriliyini diqqətə çatdırmış, bu istiqamətdə vətəndaşları narkomaniyaya qarşı ictimai rəy göstərərək dəstək olmasına və maarifləndirmə tədbirlərinə hər kəsin aktiv olmasına çağırışlar edilib.

Tədbirin sonunda yeniyetmə və gənclərin narkotik və digər zərərli vərdişlərdən uzaq olması, onların idmana cəlb edilməsi və eyni zamanda asudə vaxtlarının səmərəli həyata keçirilməsindən ötrü gələcəkdə görülməsi nəzərdə tutulan tədbirlərin daha intensiv şəkildə həyata keçiriləcəyi qeyd edilib.

<span>Lənkəranda “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların fəsadları və profilaktik tədbirlər“ mövzusunda təlim-seminar keçirilib</span><span xss=removed> </span>
<span>Lənkəranda “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların fəsadları və profilaktik tədbirlər“ mövzusunda təlim-seminar keçirilib</span><span xss=removed> </span>

Oxşar xəbərlər