Lənkəranda ödənişsiz jurnalistika təlimi keçiriləcək

10 Sen 2021 08:31
272

16-19 sentyabrda Lənkəran şəhərində ödənişsiz jurnalistika təlimi keçiriləcək

Ambur.az Cenublu.az-a istinadən xəbər verir ki, təlim iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 4 gün davam edəcək və bu müddət ərzində video üçün mətnlərin yazılmasını (Story telling), jurnalistin bilməli olduğu hüquqi bilikləri, foto və video çəkiliş qaydalarını, eləcə də video montaj (Adobe Premiere) bacarıqları öyrədiləcək.

İkinci mərhələ də 4 gün davam edəcək. İştirakçıları bu müddət ərzində reportajlar hazırlayacaqlar. Uğurlu reportajlar Azərbaycanın böyük media saytlarından birində paylaşılacaq.

İki mərhələni uğurla bitirən təlim iştirakçıları növbəti mərhələlərə dəvət ediləcək.

Təlimdə iştirak etmək istəyən 18-25 yaş aralığı Lənkəranda yaşayan gənclər 12 sentyabra qədər qeydiyyatdan keçməlidilər. Təlim Qala Xiyabani 13 ünvanında yerləşən “Tor” kafesində keçiriləcək.

Qeydiyyat üçün:https://docs.google.com/forms/d/e/1FAIpQLSeIVQ6PbbqITmlpZfeewVztr3qlECuxLVNrHfX05SWZEX6Orw/viewform?pli=1

Oxşar xəbərlər