Lənkəranda “Payız kuboku” keçiriləcək

07 Sen 2021 12:41
471

Lənkəran GİKM təşkilatçılığı ilə “Payız kuboku”na start verilir. 

Ambur.az xəbər verir ki, bu barədə Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin rəsmi "Instagram" səhifəsində paylaşım edilib.

Pandemiya şəraitini nəzərə alınmaqla, breyn-rinq formatında keçiriləcək çempionatda məhdud sayda komandanın iştirakı nəzərdə tutulub. Hər bir komanda mütləq 6 oyunçudan ibarət olmalıdır.

Rayon birinciliyi GİKM-in Lənkəran nümayəndəliyi, Lənkəran Regional Mədəniyyət İdarəsi, “Maximum Education & Consulting” və “Lənkəran Klubu”nun birgə təşkilatçılığı ilə yeniyetmələr və gənclər arasında baş tutacaq.

Çempionatın nəzərdə tutulmuş başlama tarixi 11 sentyabrdır.

Oxşar xəbərlər