Lənkəranda polis əməkdaşı olduğu görüntüsünü yaratmağa çalışan şəxs saxlanılıb- Foto

06 Apr 2021 16:29
48

Ambur.az xəbər verir ki, Lənkəran rayonunun Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilib. Onun əynində arxa hissəsinə iri şriftlərlə “Polis” sözü yazılmış gödəkçə, sifətində üzərində “polis” sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb. İdarə etdiyi avtomobildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı paqonları, bir ədəd qara kaburun içində oyuncaq tapança və 1 ədəd qara rəngli maska aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Polis əməkdaşı olduğunu imitasiya edən bu şəxsin əməlindən zərərçəkən varsa aidiyyatı üzrə məlumat vermələri xahiş olunur.

<span>Lənkəranda polis əməkdaşı olduğu görüntüsünü yaratmağa çalışan şəxs saxlanılıb-</span><span xss=removed> Foto</span>

Oxşar xəbərlər