Lənkəranda polis əməliyyat keçirib, 12 nəfər saxlanılıb - Foto

15 Noy 2021 11:22
389

Lənkəran rayonunda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb.

Ambur.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini S.Rəhmanlı tutulub.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun narkotik vasitəni əldə etdiyi şəxsin rayon sakini X.Əzimov olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. X.Əzimovun üzərindən 38 qramdan artıq heroin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq X.Əzimovun narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Araşdırmalarla onun Lənkəran sakini V.Qurbanov olduğu məlum olub.

Şəxsi axtarış zamanı ondan 61 qramdan artıq heroin, 11 qramdan artıq psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 9 nəfər – Z.Novruzov, Z.Əliyev, C.Bəşirov, N.Ağayev, V.Əlizadə, T.Yusubzadə, Ü.Rəhimli, M.Əbilov, F.Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər