Lənkəranda Prezidentə həsr olunmuş klipin təqdimat mərasimi keçirilib - Fotolar

23 May 2022 12:48
290

Həqiqət Rzayeva adına Lənkəran Şəhər 2 nömrəli uşaq musiqi məktəbində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə həsr olunmuş klipin təqdimat mərasimi keçirilib.

Ambur.az-ın xəbərinə görə, tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə məktəbin direktoru Kamil Fərzullayev açaraq Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində qazandığı böyük tarixi qələbəmizdən söz açıb, sonra isə sözügedən "Sənsən görən gözü Azərbaycanın" mahnısına çəkilmiş klipə baxış keçirilib. 

Mahnının müəllifi pedaqogika üzrə fəlsəfə doktoru Tükazban Cahangirova şeir haqqında məlumat verib. Mahnının ifaçısı gənc müğənni Allahverən Pərvizoğlu isə qalib ölkənin gənci kimi mahnını sevinclə ifa edib. 

Tədbirdə ictimaiyyət nümayəndələri, Lənkəran Şəhər Bələdiyyəsinin birinci müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədr müavini, qazilər və ayrı-ayrı şəxslət iştirtk edib. 

Gələn qonaqlar çıxış edərək, qazandığımız zəfər sevincdən bəhs edib, mahnının müəllifinə və ifaçısına uğurlar arzulayıblar.

Oxşar xəbərlər