Lənkəranda qarışıq tipli uşaq evində əyləncəli tədbir təşkil olunub - Fotolar

03 Sen 2021 17:52
229

Lənkəranda Osman Mirzəyev adına qarışıq tipli uşaq evində əyləncəli tədbir təşkil olunub.

Ambur.az xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə avqustun 26-da Fond tərəfindən Bakı və regionlarda yerləşən uşaq evlərində əyləncəli tədbir təşkil olunub. Tapşırığa əsasən Lənkəran Şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evində də əyləncəli tədbir keçirilib.

Tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələrindən Könül Manafova, Camalə Sadixova, Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Mədəniyyət işçiləri, Lənkəranın ictimai fəal -gənci müğənni Allahverən Pərvizoğlu iştirak edib və valideyn himayəsindən məhrum olan uşaqlarla sevinc dolu bir gün keçiriblər.

Allahverən Pərvizoğlu

 

Oxşar xəbərlər