Lənkəranda “Qəhrəmanlar Unudulmur“ adlı tədbir keçirilib

20 Yan 2022 18:58
130

Lənkəran Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində "20 yanvar" şəhidlərinə həsr olunmuş "Qəhrəmanlar unudulmur" adlı tədbir keçirilib.

Ambur.az-ın xəbərinə görə, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Kitabxana Sisteminin direktoru Nuranə Nəsirova, ictimai fəal, gənc müğənni Allahverən Pərviz oğlu, Lənkəran şəhər Gənclər və İdman idarəsinin məsləhətçisi Elnurə Qəniyeva, Lənkəran Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı Samirə Hüseynzadə, Respublika Qazetinin bölgə müxbiri Əlisafa Həsənov, qazilər Rauf Salayev, Aqil Nuriyev çıxış edərək "20 yanvar" hadisələrindən və Vətən müharibəsindən çıxışlar edib.

Tədbirdə şəhid yaxınlarından şəhid Orxan Quluzadənin anası Fatma Qulamova, şəhid Elnur Talıbovun anası Gülçöhrə Talıbova və şəhid Rəşid Məmmədovun anası Gülşən Məmmədova iştirak edib.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar xəbərlər