Lənkəranda qəza baş verib, nəticədə yük maşını aşıb - Foto

23 Avq 2021 15:14
136

Lənkəran şəhəri Səttərxan küçəsində saat 14:30 radələrində qəza baş verib. 

Ambur.az bildirir ki, bu haqda Cenublu.az xəbər verib.

Azad Mirzəyev küçəsindən yolu gözləmədən Səttərxan küçəsinə çıxan “Hyundai” markalı, 99-EX-904 dövlət qeydiyyat nişanlı avtomobil, “Qazel” markalı 42-BL-484 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində yük avtomobili aşıb.

Sürücü xəstəxanaya aparılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hal-hazırda Səttərxan küçəsində tıxac var. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

<span>Lənkəranda qəza baş verib, nəticədə yük maşını aşıb -</span><span xss=removed> Foto</span>

Oxşar xəbərlər