Lənkəranda şair, dramaturq Camal Yusifzadənin 80 illiyi ilə əlaqədar tədbir keçirilib - Fotolar

04 Sen 2021 09:05
319

AYB Lənkəran Bölməsinin "Söz" ədəbi məclisi 3 sentyabr 2021-ci il tarixdə Osakücə kəndində yerləşən "Rahat məkan" istirahət mərkəzində şair, dramaturq, nasir, publisist Camal Yusifzadənin 80 illiyi ilə əlaqədar anım tədbiri keçirib. 

Ambur.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsinin rəsmi "Facebook" səhifəsində paylaşılıb:

Tədbirdə şairin ailə üzvləri, yaxın qohumları, dostları, rayonun şair və yazıçılarının iştirak etdiyi tədbiri şair-jurnalist Mübariz Süleymanlı açdı. Şairlə Azərbaycan Teleradio verilişləri şirkətində birlikdə çalışmalarından, dostluğundan, gözəl xarakterli insan olmasından danışdı və təbiri aparmaq üçün sözü AYB Lənkəran Bölməsinin sədri Qafar Cəfərliyə verdi. Q.Cəfərli şair haqqında məlumat verib Lənkəran Bölməsinin adından hazırlanmış "Fəxri fərman"ı şairin oğlu Yusuf Bağırova təqdim edib. 

Sonra bölmənin ədəbi məsləhətçisi Ağamir Cavad şairin həyat və yaradıcılığı haqqında ətraflı çıxış edib, ona həst etdiyi şeirini oxudu. Daha sonra filologiya elmləri doktoru, professor Yədulla Ağazadə, şair və yazıçılardan Hacı Etibar Əhədov, Əhməd Haqsevər, Səyavuş Süleymanlı, Xudaverdi Cavadov, Ziyafət Yəhya, Məmməd Həbib, Eldar Tahirov və başqaları çıxış edərək şair haqqında xatirələrini danışıb, yaradıcılığının müxtəlif məqamlarına toxundular. Onun xatirəsinin heç vaxt unudulmayacağını bildirdilər. 
Sonda söz şairin oğlu Yusuf Bağırova verildi. Oğlu ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirak edənlərə təşəkkür edib. 

Tədbiri Q.Cəfərli yekunlaşdırıb. Xatirə şəkilləri çəkilib. Gənc şair Ziya Dilsuz tədbiri fotoşəkillərlə əbədiləşdirib.

Fotoları göndərdi: Allahverən Pərvizoğlu

Oxşar xəbərlər