Lənkəranda şəhid ailələri ziyarət edilib- Fotolar

31 Avq 2021 14:55
216

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin ailələrinin ziyarəti davam etdirilir. 

Ambur.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli özünün "Facebook" hesabında paylaşıb.

Layihə çərçivəsində avqustun 30-da Lənkəran rayonu Osakücə kəndində şəhidlərimiz Şəhriyar Həbibi, Əflatun Fərəcov və Tural Hümmətovun ailəsi ilə görüş keçirilib. Qurani-Kərim kitabı və hədiyyələr təqdim edilib. Şəhid qardaşlarımızın ev muzeyləri və məzarları ziyarət edilərək ruhlarına dualar oxunub. Keçirilən görüşlərdə Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Lənkəran rayonu Sinovli kənd məscidinin ima mı Samir Niftullayev iştirak edib.

Oxşar xəbərlər