Lənkəranda şəhid Emil Qurbanovun il dönümü ilə bağlı tədbir keçirilib- Foto

05 Noy 2021 17:29
199

Bu gün Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində şəhid baş leytenant Emil Qurbanova həsr olunmuş anım günü ilə bağlı tədbir keçirilib.

Ambur.az bildirir ki, tədbirdə şəhidin ailə üzvləri, yaxınları, dostları, Lənkəran Şəhər Təhsil Şöbəsinin inspektoru Cəmil Axundzadə və ictimail fəal, gənc müğənni Allahverən Pərviz oğlu iştirak edib.

Tədbir Azərbaycan dövlət himinin sədaları ilə başlayıb. Daha sonra şəhidlərin xatirsəi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəbin direktor əvəzi Səadət Kazımova, Lənkəran Şəhər Təhsil Şöbəsinin inspektoru Cəmil Axundzadə, şəhidin qohumu Möhtəbər Kafarova, Afət İsmayılzadə şəhidin həyat yolundan, əzmkarlığından söz açıb. Həyat yoldaşı isə onun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Cənab İlham Əliyevin çağrışına səs verərək Qarabağın azadlığı uğrunda  döyüşmək üçün cəbhə bölgəsinə  yollandığından və məğrurcasına döyüşməsindən danışıb.

Anım günü məktəbin şagirdlərinin hazırladığı kompozisiya ilə davam edib. Şagirdlər şəhidlər haqqında təqdimatlar və məruzə ilə çıxış ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Oxşar xəbərlər