Lənkəranda şəhid övladları üçün bayram şənliyi keçirildi - Fotolar

01 İyn 2022 20:22
92

Lənkəranda iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladları üçün bayram şənliyi təşkil olunub.

Ambur.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyətinin (ŞİH) təşkilatçılığı ilə düzənlənən tədbirdə icra başçısı Taleh Qaraşov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən icra başçı başçısı T.Qaraşov bildirib ki, şəhid övladları qəhrəman ataya sahib olduqları üçün hər zaman başlarını dik tutaraq fəxr etməlidirlər:

"Dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid övladlarına xüsusi həssaslıqla yanaşıb, onların bütün problemlərinə xüsusi diqqət və qayğı göstərirlər. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın bütün şəhər və rayonlarında şəhid övladlarının laiqli həyat səviyyəsi və sağlam böyüməsi üçün dövlətin bütün imkanlarını səfərbər edilib.

T.Qaraşov qeyd edib ki, bayram münasibəti ilə şəhid övladlarının analarının bank hesablarına maddi yardımlar köçürülüb.

Şəhid ailələri övladlarının bayram gününü şən və gülərüz keçirməsi üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər:
"Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva biz şəhid ailələrini bir an olsa belə yalnız buraxmırlar. İstənilən problemlərimiz dərhal şəxsi nəzarətə götürülür və tez bir zamanda həll olunur. Buna görə də Ali Baş Komandanımıza və birinci xanıma dərin minnətdarlığımızı bildiririk. Biz Dövlətimizin diqqət və qayğısını gündəlik həyatımızda, demək olar ki, bütün addımlarımızda hiss edirik. Ölkə başçısının yerlərdə əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində verdiyi göstəriş və tapşırıqlarının dəiqiq və vaxtında icrasına görə, övladlarımızı dünyanın ən xoş və şən uşaqları kimi bayram abu-havasına qərq edərək səmimi ortamda bizimlə birgə vaxt keçirib, dərdimizə şərik olduğunuza görə,Taleh müəllim, şəxsən sizə və icra aparatının kollektivinə sonsuz təşəkkürümüzü bildiririk".

Şəhidlərin həyat yoldaşları çıxışlarında qeyd ediblər ki, övladlarını da ataları kimi qəhrəman və vətənpərvər ruhda böyüdəcəklər.

Lənkəranda şəhid övladları üçün bayram şənliyi keçirildi - Fotolar
Lənkəranda şəhid övladları üçün bayram şənliyi keçirildi - Fotolar
Lənkəranda şəhid övladları üçün bayram şənliyi keçirildi - Fotolar
Lənkəranda şəhid övladları üçün bayram şənliyi keçirildi - Fotolar
Lənkəranda şəhid övladları üçün bayram şənliyi keçirildi - Fotolar

Oxşar xəbərlər