Lənkəranda şəhid Qalib Nurizadənin ailəsinə mənzil verilib - VİDEO

21 Avq 2021 19:51
830

Lənkəranın ucqar dağ kəndi olan Gəgiran kəndinin şəhidi Nurizadə Qalibin ailəsinə bu gün mənzil verilib

Ambur.az xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəranda inşa edilən yeni yaşayış binasından 3 otaqlı mənzil şəhid Qalib Nurizadənin ailəsinin istifadəsinə verilib. 

Vətən müharibəsində iştirak etmək üçün Gəgiran kəndindən cəbhəyə yollanan 48 gəncdən 8-i şəhid olub. Qırx dörd gün davam edən haqq savaşımızda son nəfəsinədək döyüşən şəhid igidlərdən biri də Nuruzadə Qalibdir.

Nurizadə Qalib Habil oğlu 1986-ci il iyun ayının 10-da anadan olmuşdur. Qələbəyə 4 gün qalmış, müharibənin qırxıncı günündə şəhid olub. Qalibin 40-ı olmamış, atası oğul itkisinə dözməyərək vəfat edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Nuruzadə Qalib Habil oğlu ölümündən sonra "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Aləm TV internet televiiziyyasının şəhid haqqına çəkdiyi videoreportaji sizə təqdim edirik:

<span>Lənkəranda şəhid Qalib Nurizadənin ailəsinə mənzil verilib -</span><span xss=removed> VİDEO</span>
<span>Lənkəranda şəhid Qalib Nurizadənin ailəsinə mənzil verilib -</span><span xss=removed> VİDEO</span>

Oxşar xəbərlər