Lənkəranda səyyar ASAN xidməti fəaliyyət göstərir

09 Sen 2021 18:25
65

Lənkəran şəhərində səyyar ASAN xidmət fəaliyyət göstərir. 

Ambur.az Cenublu.az-a istinadən xəbər verir ki, səyyar ASAN xidməti Paşa Təhməzov küçəsi, Lənkəran Mərkəzi kitabxananın qarşısında sentyabrın 30-dək vətəndaşlara xidmət göstərəcək.

Xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyət
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
Sürücülük vəsiqələrinin dəyişdirilməsi
Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
Əmək pensiyalarının təyin edilməsi
Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.

Oxşar xəbərlər