Lənkəranda uşaqların ölümü ilə bağlı cinayət işi başlandı

11 Noy 2020 14:23
98

Bugün saat 05 radələrində Lənkəran şəhərində evin yanması nəticəsində 2 azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Ambur.az bildirir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran şəhəri Səttərxan küçəsi 8 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 2019-cu il təvəllüdlü Quts Emil Cəsarət oğlu və 2014-cü il təvəllüdlü Quts Milana Aleksandrovna həlak olub, 2018-ci il təvəllüdlü Quts Artyom Aleksandroviç xəsarət alıb. 

Faktla bağlı FHN-nin İstintaq-Əməliyyat idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

FHN-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, yanğın-texniki ekspertizası və məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər