Lənkəranda yol qəzasında xəsarət alan şəxs ölüb

20 Sen 2021 18:19
147

Lənkəranda 4 gün əvvəl baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb.

Ambur.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ağır dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 1984-cü il təvəllüdlü Fariz Sadıqov bu gün orada dünyasını dəyişib.

Qeyd edək ki, sentyabrın 16-da rayonun Nərimanabad qəsəbəsində "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü Məzahir Məhərrəm oğlu Ağayev hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan sərnişin -1984-cü il təvəllüdlü Fariz Sadıqov ağır dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər