Lənkəranda “Zəfər kuboku” uğrunda gərgin mübarizə başa çatıb - Fotolar

30 Avq 2021 14:51
97

Lənkəran şəhərində şəhidlərimizin əziz xatirəsinə həsr edilən mini futbol üzrə “Zəfər kuboku”nun final oyunu və təltifetmə mərasimi keçirilib. Cenublu.az-ın sponsorluğu ilə “Bundesteam FK” və “Master 114 FK” komandalarının final mərhələsində qarşılaşması keçirilib.

Ambur.az Cenublu.az saytına istinadən xəbər verir ki, final oyununda “Bundesteam FK” 4:2 hesabıyla “Master 114 FK” futbol klubuna qalib gəlib. Beləliklə, “Bundesteam FK”, “Master 114 FK” və “Teledünya FK” komandaları “Zəfər kuboku”nda müvafiq olaraq 1, 2 və 3-cü yerləri bölüşüblər. Sonda qalib komandalar kubok və medallarla təltif olunublar.

Turnirin ən yaxşıları seçilib:
“Ən yaxşı oyunçu” – Elşən Rzazadə (Master 114 FK)
“Ən yaxşı qapıçı” – Ülvi Qurbanlı (Teledünya FK)
“Ən yaxşı qol” – Tərlan Məcidov (Böyük Bazar FK)
“Bombardir”  – Zaur Nuruzadə (Bundesteam FK) – 18 qol

16 komandanın yarışdığı mini futbol çempionatı pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilib və iştirakçı komandaların da qaydalar çərçivəsində hərəkət etmələrinə xüsusi diqqət yetirilib. Çempionat keçirildiyi 1 ay ərzində kifayət qədər marağa səbəb olub.

Qeyd edək ki, keçən il Azərbaycanın milli qəhrəmanı, general mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş “Polad” kubokunun qalibi “Master 114 FK” komandası olmuşdur.

Oxşar xəbərlər