Lənkəranda “Zəfər yolu“ adlı tədbir keçirilib

28 Noy 2021 20:09
79

Noyabrın 27-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində Şağlaser kənd filial birliyinin tabeliyində olan Separadi kənd Folklor Evi, Zövlə kənd Sənətkarlıq Evi, Vilvan kənd Sənətkarlıq klubu və Veravul kənd Ziyalılar klubunun birgə təşkilatçılığı ilə "Zəfər yolu" adlı tədbir keçirilib.

Ambur.az xəbər verir ki, tədbirdə Separadı kənd Folklor Evinin Nənələr xalq kollektivi, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin Babalar xoru və rəqs qrupu, Şağlaser kənd Sənətkarlıq Evinin özfəaliyyət kollektivi musiqi nömrələri ilə çıxış edib. Tədbirdə həmçinin şəhidlərimizə həsr həsr olunmuş vətənpərvərlik şeirləri səsləndirilib.

Tədbirdə Vətən muharibəsi qaziləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Oxşar xəbərlər