Lənkəranda “Zəhər tuluğu” bədii filmi nümayiş olunub - Fotolar

07 Mrt 2022 14:37
290

Martın 5-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində sevilən aktyor və rejissor Taleh Yüzbəyov və prodüser Orxan Mərdanın “Zəhər tuluğu” tammetrajlı bədii film həvəskarları üçün pandemiya qaydalarına riayət olunaraq nümayiş olunub.

Ambur.az xəbər verir ki, təqdimat mərasimində filmin müəllifi və baş rolun ifaçısı Taleh Yüzbəyov da iştirak edib.

Nümayişdən əvvəl, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov gələn qonaqları, incəsənət ustasını salamlayıb və çıxışında qeyd edib ki: “Keçirilən tədbir Lənkəran Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsindəki şəhər və rayonlarda kino sənətinin inkişaf etdirilməsi, bu sahə üzrə maarifləndirmə işinin təşkili, milli kinomuzun təbliği baxımından çox vacibdir. Həmçinin, “Zəhər tuluğu” filminin yerli tamaşaçılar üçün nümayişinə göstərdikləri dəstəyə görə filmin yaradıcı heyətinə öz minnətdarlığını bildirib.”

Daha sonra Taleh Yüzbəyov çıxış edərək bildirib ki, “Burada olmaq, film həvəskarları qarşısında çıxış etməkdən böyük məmnunluq hissi keçirirəm. Filmin Lənkəranda təqdim olunması üçün yaradılan şərait və səmimi münasibətə görə İdarənin rəhbərliyi və kollektivinə təşəkkür edib”.

Sonra “Zəhər tuluğu” filmi nümayiş etdirilib.

Qeyd edək ki, respublikanın Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Hüsniyyə Mürvətova, Rasim Cəfər və başqalarının da rol aldıqları bədii ekran işinin süjeti filmin qəhrəmanı Adilin (T.Yüzbəyov) qarşılaşdığı komik-dramatik həyat hadisələri üzərində qurulub.
 
Gün ərzində iki seansla tamaşaçılara təqdim edilən film maraqla izlənilib, sevilən aktyorla fotoşəkilər çəkilib və aftoqraflar alınıb.

Oxşar xəbərlər