Lənkərandan olan general mayora general leytenant rütbəsi verildi

18 Avq 2021 12:28
87

Lənkəranda anadan olan DSX-nin general-mayoru Cavid Abdullayev ölkə başçısının sərəncamına əsasən general-leytenant rütbəsinə layiq görülüb.

Ambur.az xəbər verir ki, Cavid Abdullayev ikinci Qarabağ müharibəsində göstərdiyi böyük şücaətə görə "Qarabağ" ordeni ilə təltif edilmişdi.

Xidmət illəri ərzində "İgidliyə görə" medalı ilə , 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Hal-hazırda DSX-nin Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini vəzifəsində xidmətini davam etdirir.
 

Oxşar xəbərlər