Lənkərandan olan şəhid ordenlə təltif edildi

25 İyn 2022 16:39
107

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Ambur.az xəbər verir ki, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin hərbi qulluqçusu Əhmədli Qardaşxan Elxan oğlu – əsgər (ölümündən sonra) 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bundan öncə isə o, "Xocavəndin azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdi.

Qeyd edək ki, Qardaşxan Elxan oğlu Əhmədli 12 mart 1996-cı ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olub. 2 bacı 1 qardaş olmaqla ailədə 5 nəfər olublar. 6 yaşına kimi Osaküçə kəndinə olub və daha sonra ata-anası ilə birgə Bakı şəhərin köçüblər.

Qardaşxan Əhmədli 03 yanvar 2015-ci ildə Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Gəncədə yerləşən "N" saylı hərbi hissəyə göndərilir. Qısa bir müddət orada xidmət edən Qardaşxan daha sonra Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə xidmətini davam etdirməyə göndərilir. 2016-cı ilin "Aprel döyüşlərinin" iştirakçısı olur. Həmin ilin iyul ayında xidmətini başa vurduqdan sonra ehtiyyata buraxılır. Ata-anasına kömək etmək məqsədilə fəhlə işləməyə başlayır. 2019-cu ilin noyabr ayında ailə həyatı qurur. 

2020-ci ilin sentyabr ayında II Qarabağ müharibəsi başladığı zaman Qardaşxan həmin ayın 21-də Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən çağırılır və döyüşə yola salınır. Döyüşə getdiyi zaman atasına "Ata, özünüzə yaxşı baxın, yoldaşım sizə əmanət" -deyir və döyüşə gedir. Qardaşxanın döyüş yolu Füzulidən başlayır. Daha sonra Ağdam, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edir.  Düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edir və yaralı əsgərlərimizi döyüş meydanından çıxarır. Qəhrəman Qardaşxan noyabr ayının 7-dən 8-nə keçən gecə Xocavənddə yerləşən Nərgiz təpə istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşür. Bir müddət Qardaşxandan xəbər çıxmayır. Yaxınları, valideyinləri nə qədər axtarsalar da, Qardaşxandan heç bir xəbər ala bilmirlər. Nəhayət dekabr ayının 19-da Qardaşxanın şəhid olduğu bilinir və nəşi Bakı şəhərinə gətirilir, səhərisi gün böyük izdihamla Binə qəsəbəsində yerləşən "Şəhidlər xiyabanı"da torpağa tapşırılır. Şəhidimizdən 2 aylıq Nişanə adında qız övladı xalqımıza yadigar qalır. 

Allah rəhmət eləsin!

Şəhid haqqında ətraflı məlumatı http://linkdən oxuya bilərsiniz. 

Oxşar xəbərlər