Lənkəranın istirahət mərkəzlərində boş yer yoxdur

10 Avq 2021 23:31
153

Lənkəranın istirahət mərkəzlərində yay mövsümünün sonuna qədər boş yer yoxdur.

Ambur.az bildirir ki, bu barədə bu gün Cenub ARB TV məlumat verib.

Lənkəran turizm informasiya mərkəzinin direktoru İlqar Əzimovun sözlərinə görə, otellərdən alınan məlumata əsasən 95-96 faiz oteller doludur. Əsasən yerli turist axını qeydə alınıb.

İlqar Əzimov həmçinin qeyd edib ki, dağ və dağətəyi yerlər 2 ay öncədən bron olunub. Hirkan meşəliyi yerli və əcnəbi turistləri buraya cəlb etmək üçün əsas amillərdən biridir.

Oxşar xəbərlər