Lənkəranlı hüquqşünas, yazıçı İlqar Manafoğlu dünyasını dəyişib

13 Sen 2021 09:43
154

Lənkəranda tanınmış hüquqşünas, yazıçı İlqar Manafoğlu dünyasını dəyişib

Ambur.az xəbər verir ki İlqar Manaf oğlu Qasımov (Manafoğlu) Lənkəran şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin "Hüquqşunas" ixtisasını fərqlənmə ilə bitirib. Müntəzəm olaraq respublikada nəşr olunan müxtəlif qəzet və jurnallarda şeirləri, həmçinin hüquqa aid məqalələri ilə çıxışlar edib.

Hüququn müxtəlif aspektlərinə həsr olunan doqquz kitabı işıq üzü görüb. Bundan başqa "Dünya eşqdən yaranıb" və "Dön geri" kitablarının müəllifidir. 

2021-ci il sentyabr ayının 12-də Lənkəranda dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Allahverdi Pərvizoğlu

Oxşar xəbərlər