Lənkəranskinin anası: “Rövşən heç vaxt yeməyi doyana qədər yeməzdi. Deyirdi ki, ...“

14 May 2022 17:38
677

"Rövşən heç vaxt yeməyi axıra, doyana qədər yeməzdi. Deyirdi ki, bu yeməyə həsrət qalan insanlar var".

Ambur.az xəbər verir ki, bunu "qanuni oğru Rövşən Lənkəranskinin anası deyib. Cebhe.info saytının əməkdaşı "qanuni oğru Rövşən Lənkəranskinin Lənkərandakı evində olub.

O, R.Lənkəranskinin anası ilə görüşərək oğlunun ölümü ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyə çalışıb.

R.Lənkəranskinin anası əməkdaşımızla söhbətində oğlunun ölümündən sonra ağlamadığını deyib: 
"Rövşən heç vaxt yeməyi axıra, doyana qədər yeməzdi. Deyirdi ki, bu yeməyə həsrət qalan insanlar var. Oğlum xoşbəxt ola bilmədi. Ölümündən sonra onun üçün aşkarda ağlamıram, düşmənlər sevinməsin".

Oxşar xəbərlər