Lerik rayonuna təyin olunan icra başçısı Əkbər Abbasov kimdir?

25 İyl 2022 09:51
977

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Ambur.az xəbər verir ki, Əkbər Abbasov Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı olub. O, bu təyinata qədər nazirliyin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. 34 yaşlı Ə.Abbasov respublikanın ən gənc icra başçılarından sayıla bilər. O, İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Tələbəlik illərində Prezident təqaüdçüsü olub.

Qeyd edək ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi ötən ilin 25 iyul tarxindən boş idi. 

Oxşar xəbərlər